Cənubi Qafqaz, Şimali Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq böyük bir dairəyə çevrilir

"Hər şey yeni başlayır: Cənubi Qafqaz, Şimali Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq böyük bir dairəyə çevrilir və bunlardan birində hər hansı bir hadisə digərlərini birbaşa şəkildə detonasiyaya məruz qoyur və bu böyük region hələ böyük dəyişiklərə məruz qalacaq, inanılmaz koalisiyalar yaradıla bilər, yenidən bölüşdürmələr, sərhəd dəyişiklikləri olacaq və zaman da sürətlə işləməyə başlayıb".

EDNews.net xəbər verir ki, bunu "Facebook" səhifəsində erməni politoloq Stepan Danielyan yazıb.

Onun sözlərinə görə, oyunçular çoxdur və onların münasibətləri sabit deyil, tez bir şəkildə bağlana bilər, hər kəs ikili oyun oynayır və oynayacaq.

"Harada, necə olduğunu bilmirəm, amma Ermənistanda oyunçu yoxdur", - deyə Danielyan bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31