“O maşını vurmalıyıq, sülhməramlılar lap qarınlarnını cırsın…” – Deputatdan açıqlama
10 Noyabr 2021 20:13 Siyasət"Rusiya sülhməramlılarının bölgədəki fəaliyyəti bizi qane etmir".
Bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Millət vəkili vurğulayıb ki, hər dəfə Azərbaycanın icazəsi olmadan Qarabağa Ermənistandan insanların keçirilməsi böyük şübhələr yaradır:
"Xüsusən, Ermənistan müdafiə naziri Arşak Karapetyanın Qarabağa səfəri və orada başından böyük danışması Azərbaycana qarşı çox böyük təhqiredici bir addım oldu. Təbii ki, bununla bağlı Azərbaycan tərəfindən də sərt bəyanat səsləndirildi. Hesab edirəm ki, ümumiyyətlə, Azərbaycanın xüsusi xidmət orqanları onların fəaliyyətini və gəliş-gedişini izləməlidir. Həmin an onları Laçın dəhlizindən həbs etməyə çalışmaq lazımdır. Sülhməramlılar qarınlarını cırsalar da, özlərini öldürsələr də, hətta Azərbaycanla silahlı münaqişəyə getsələr belə, Azərbaycan tərəfi onları həbs etməyə çalışmalı, yaxud onların maşınını vurmalıdır. Bu cür addım atandan sonra artıq ikinci dəfə heç kim o cürəti özündə tapmaz. Bu yaxınlarda Serj Sarkisyanın anası rəhmətə getdi. Başa düşürük bu cür məsələləri, amma Azərbaycanın icazəsi olmadan Sarkisyanla Köçəryanın Qarabağa səfərinin təşkil olunması da yolverilməzdir. Bu nə qədər humanitar və insani yanaşma olsa da, onlar Azərbaycandan icazəsiz həmin əraziyə daxil olmamalıdırlar!".
Demokrat.az