3+3 formatının işə salınması üzrə planları praktiki müstəviyə keçirməyin vaxtı çatıb - Rusiya XİN
10 Noyabr 2021 18:52 SiyasətBiz hesab edirik ki, Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Ermənistan və İranın iştirakı ilə 3+3 formatının işə salınması üzrə planları praktiki müstəviyə keçirməyin vaxtı çatıb.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
"Biz o fikirdəyik ki, 3+3 formatı regionun bütün dövlətlərinin maraqlarına cavab verir" - deyə M.Zaxarova bildirib.Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31