Əfqanıstanda taliblərə qarşı partizan mübarizəsi başlayıb
10 Noyabr 2021 18:51 SiyasətƏfqanıstanın şərqindəki Ləğman vilayətində bir qrup silahlı şəxs ölkədə hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatına qarşı mübarizənin başladığını elan edib.
Əfqanıstanın sosial media seqmentində Milli Müqavimət Cəbhəsinə dəstək üçün yayılan videomüraciətdə silahlı qruplaşmanın Əhməd Məsudun rəhbərlik etdiyi Cəbhəni dəstəklədiyi bildirilib.
"Mücahidlər, hüquq və azadlıq mübarizləri ölkədə ədaləti təmin etmək və işğala son qoymaq üçün Ləğman vilayətində partizan aksiyalarına və döyüşlərə başlayıblar", - deyə müraciətdə bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31