“Anti-terror əməliyyatları həyata keçirilməsi labüddür”-politoloq

"Ermənistan müdafiə naziri Arşak Karapetyan Laçın dəhlizindən Rusiya sülhməramlı qüvvələrinin zirehli avtomobili ilə Xankəndiyə gəlib. A. Karapetyan özü ilə   Qarabağda sülhməramlı qüvvələrinin məsuliyyət zonasında qanunsuz erməni silahlı birləşmələrinə silah sursat da gətirib". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, situasiyanı erməni tərəfi gərginləşdirir və dövlət sərhəddində təxribatlara əl atmağa çalışır: " Paşinyan bununla daxili siyasi gərginliyi səngitməyə və manevr etməyə çalışır. Azərbaycan konkret addımlar atmalı, anti-terror əməliyyatları həyata keçirilməsi labüddür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31