Paşinyan mətbuat katibini işdən çıxardı
9 Noyabr 2021 14:31 SiyasətErmənistan Baş nazirinin mətbuat katibi Mane Gevorkyan tutduğu vəzifədən azad olunub.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, müvafiq qərarı ölkənin Baş naziri Nikol Paşinyan imzalayıb.
Qeyd olunur ki, qərar "İctimai xidmət haqqında" qanunun 9-cu maddəsinin 10-cu bəndinə əsasən qəbul edilib.
Xatırladaq ki, M. Gevorkyan hökumət başçısının mətbuat katibi vəzifəsinə 2020-ci il martın 2-də təyin olunmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31