Almaniyada "Odlar Diyarından Zəfərə doğru" adlı konsert təşkil edilib

Almaniyanın Detmold, Horn və Bad Meinberg şəhərlərində 8 noyabr - Zəfər Gününə həsr olunmuş "Odlar Diyarından Zəfərə doğru" adlı konsert keçirilib.

Bir 7 nəfər, musiqi alətlərində ifa edən insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 5 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

"Səslərin Harmoniyası" Alman-Azərbaycan Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilən konsertlərdə Almaniyada yaşayan müsiqiçi və bəstəkar Xədicə Zeynalovanın rəhbərlik etdiyi "Bridge of Sound" orkestri, Oqtay Zeynalov-Şubert (skripka), Qreqor Şvarts (orqan), Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Kamran Kərimov (nağara) və digər sənətçilər çıxış ediblər. Onların ifasında muğam, klassik musiqi və Azərbaycan xalq rəqslərindən ibarət əsərlər təqdim edilib.

Bir 16 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir 6 nəfər, musiqi alətlərində ifa edən insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

Bir bir və ya daha çox şəxs, musiqi alətlərində ifa edən insanlar və içəridə şəkili ola bilər

Bir 10 nəfər, musiqi alətlərində ifa edən insanlar və içəridə şəkili ola bilər

Bir bir və ya daha çox şəxs və ayaqüstə duran insanlar şəkili ola bilər

Qeyd edək ki, Beynəlxalq Festivalın təsisçisi, təşkilatçısı və bədii rəhbəri bəstəkar Xədicə Zeynalovadır. Konsertdən öncə bəstəkar tamaşaçılara ötən il Azərbaycan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün təmin olunması naminə aparılan Vətən müharibəsində xalqımızın qazandığı parlaq qələbə barədə ətraflı məlumat verib.

Cavid İsmayıl

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31