Lids şəhərində Zəfər Gününə həsr olunmuş yürüş-aksiya təşkil edilib

İngiltərənin Lids şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş yürüş-aksiya keçirilib.

Bir bir və ya daha çox şəxs və ayaqüstə duran insanlar şəkili ola bilər

Azərbaycan diasporunun fəal üzvləri Röyalə və Tomas Amiral-Moody ailəsinin təşkilatçılığı ilə baş tutan yürüş-aksiya zamanı şəhərin müxtəlif izdihamlı yerlərində Azərbaycan, Türkiyə və Böyük Britaniyanın bayraqları dalğalandırılıb,

Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər

"Zəfər Günü #Qarabağ Azərbaycandır!" yazılmış poster nümayiş etdirilib. Posterdə Müzəffər Ali Baş Komandan,

Bir ayaqda şəkili ola bilər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 27 sentyabr - Anım Günündə iştirak etdikləri Bakı yürüşünün və "Xarı Bülbül" rəmzinin təsviri, Azərbaycanın 30 ilə yaxın müddətdən sonra Qarabağı erməni işğalından azad etdiyi barədə qısa məlumat əks olunub.

Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilər

Azərbaycan xəritəsinin və "Qarabağ Azərbaycandır!" şüarının əks olunduğu köynəklər geyinmiş aksiya iştirakçıları şəhər sakinlərinə Zəfər Günü barədə ətraflı məlumat verib, vərəqələr paylayıblar.   

Cavid İsmayıl

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31