Zəfər Gününün birinci ildönümü ilə əlaqədar Bolqarıstanın paytaxtı Sofiya səfərində  Xarıbülbül gül çələngi kompozisiyasının təqdimatı keçirilmişdir.

Zəfər Gününün birinci ildönümü ilə əlaqədar 8 noyabr tarixində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyi və Sofiya şəhər meriyasının birgə təşkilatçılığı ilə paytaxt Sofiya şəhərinin ən çox ziyarət olunan və sevilən Vrana park-muzeyində 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfər rəmzinə çevrilmiş Xarıbülbül çiçəyini təcəssüm edən gül çələngi kompozisiyasının açılışı keçirilmişdir.  

Şəkilin açıqlaması yoxdur.

Azərbaycan Respublikasının səfirliyi və Sofiya şəhər bələdiyyəsi tərəfindən daimi əsada xidmət göstəriləcək və ilin bütün fəsillərində Xarıbülbülü tərənnüm edən rənglər - yaşıl, çəhrayı və bənövşəyi rəngdə çiçək açacaq gül kompozisiyası Xarıbülbül formasını əks etdirir.

Bir 14 nəfər, ayaqüstə duran insanlar, ağac və açıq hava şəkili ola bilər

Açılış tədbirində Bolqarıstanın rəsmi nümayəndələri, Bolqarıstanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, həmçinin Azərbaycan diasporunun üzvləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan səfir Hüseyn Hüseynov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunan parlaq Qələbəyə aparan yol barədə məlumat vermiş, Azərbaycanın Şuşa bölgəsinə xas olan Xarıbülbül və onun Vətən müharibəsində Zəfər rəmzinə çevrildiyi haqqında bəhs etmişdir. Səfir müstəqilliyinin bərpa edilməsindən sonra Azərbaycanın Ermənistan tərəfindən ona qarşı həyata keçirilmiş hərbi təcavüz nəticəsində 20% torpaqlarının 30 il ərzində işğal altında saxlandığını bildirmiş və bütün bu çətinliklərə baxmayaraq Azərbaycanın Ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə daxili siyasi sabitliyin təmin olunması, uğurlu xarici siyasət və genişmiqyaslı islahatların aparılması sayəsində dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, ordunun güdrətləndiriməsi və iqtisadiyyatın sürətlə inkişaf etdirilməsinə nail olunduğunu vurğulamışdır.

Bir 20 nəfər, ayaqüstə duran insanlar, açıq hava və ağac şəkili ola bilər

Səfir H.Hüseynov 27 sentyabr 2020-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycana qarşı növbəti təcavüz aktı törədildiyini, Gəncə, Bərdə, Tərtər, Goranboy və digər şəhərlərin ballistik raketlərlə hədəfə alınmasını və bunun nəticəsində çoxlu sayda dinc sakinin həlak olduğunu və yaralandığını, eləcə də yüzlərlə mülki obyektin dağıdıldığını qeyd etmişdir. Bu təcavüzə cavab olaraq Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək, həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğal altındakı torpaqları azad etməyə müvəffəq olmuşdur. Səfir ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş və yaralanmış həmvətənlərimizin xatirəsini yüksək ehtiramla yad edildiyini və şücaətini ləyaqətlə anıldığını qeyd etmiş və hazırda işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri, həmçinin rəsmi Bakının bölgədə davamlı sülhün, təhlükəsizliyin və rifahın təmin olunmasında sərgilədiyi siyasəti və fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Bir çiçək, açıq hava və bunu deyən yazı "aziz:ŞUŞA aziz 1 CloriousVictory FLOWER COMPOSITION KHARIBULBUL Flower composition embodying the Kharibulbul flower (Ophys caucasica), the flora a rare plant endemic oft the Karabakh region of he Republic f Azerbaijan November 2021" şəkili ola bilər

Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar, ağac və açıq hava şəkili ola bilər

Sofiyanın park-muzeyində təqdim olunan Xarıbülbül kompozisiyası qonaqlar və parkın çox saylı ziyarətçiləri tərəfindən yüksək maraqla qarşılanmışdır. XIX əsrin sonunda yaradılmış Sofiyanın Vrana park-muzeyi bolqar çarları I Ferdinand və III Borisə məxsus 140 hektarlıq mülkün bir hissəsini təşkil edir və 2001-ci ildə çar III Borisin oğlu II Simeon Sakskoburqotski tərəfindən Sofiya şəhər bələdiyyəsinə hədiyyə edilmişdir. Hazırda parkda 821 ağac və 500 yaxın bitki növü mövcuddur.

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31