“Cəmi 44 gün ərzində Ermənistan ordusu darmadağın edildi”- Vüqar Bayramov
8 Noyabr 2021 12:13 Siyasət"Bu gün ölkəmizdə Zəfər Günü qeyd olunur. 2020-ci il sentyabrın 27-də Qarabağda başlanan uğurlu əks-hücum əməliyyatı nəticəsində Müzəffət Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusu noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad etdi". Bunu "Olaaylar"a deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Azərbaycanın münaqişə boyunca apardığı xarici siyasət və effektiv diplimatik fəaliyyət zəfəri yaxınlaşdıran faktorlardan hesab olunur. 28 illik erməni işğalı müddətində Ermənsitan bütün layihələrdən təcrid edildi. Əksinə, Azərbaycanın təşəbbüsü ilə ötən müddətdə reallaşan transmilli layihələr regionda tamamilə yeni mənzərə yaratdı. Enerji və nəqliyyat layihələri ölkəmizin regional geo-siyasi mövqeyini daha da möhkəmləndirdi:
"Azərbaycan Ordusunun qəhrəmanlığı və peşəkarlığı ilə Ermənistanın silahlı qüvvələri məğlub edilməklə yanaşı, erməni mifi də tamamilə məhv edildi. Cəmi 44 gün ərzində Ermənistan ordusu darmadağın edildi, hərbi texnikası və canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü və qüdrətini göstərdi.
Artıq regionda yeni düzən formalaşıb .Regionda dayanıqlı sülhün formalaşması və iqtisadi əməkdaşlıq platformasının reallaşması üçün kommunikasiyaların paralel bərpası olduqca vacibdir. Zəfərdən sonra regionda formalaşan yeni düzən fonunda bölgədə dayanıqlı inkişaf və sülh üçün isə dəhlizlərin bərpası da qaçılmazdır. İnanırıq ki, növbəti addım Zəngəzur dəhlizinin bərpası olacaq.
Zəfər Bayramınız Mübarək! Allah bütün şəhidlərimizə rəhmət etsin!"
Alim Hüseynli