“Bir milləti güclü edən həm də onun dəyərləridir”- Deputat

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-Prezident Mehriban Əliyeva noyabrın 7-də Şuşada Daşaltı məscidinin təməlini qoyublar. Həmçinin, Şuşada Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərində aparılan bərpa işlərlə tanış olublar".

"Olaylar"ın məlumatına görə, Şuşa şəhəri işğal altında olduğu müddətdə ermənilər tərəfindən Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidləri vəhşicəsinə dağıdılmışdı: "Qeyd etmək lazımdır ki, hər üç məscid ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır. Ötən bir il ərzində Azərbaycan, Avstriya, İtaliya, Latviya və Türkiyədən olan ekspertlər tərəfindən qeyd olunan məscidlərdə qiymətləndirmə işləri aparılıb, bərpa layihəsi işlənilib. Heydər Əliyev Fondu tarixi Yuxarı Gövhər Ağa məscidində bərpa işlərinin birinci mərhələsini artıq başa çatdırıb. Hazırda məsciddə ikinci mərhələ üzrə bərpa işləri aparılır.

Bu mərhələdə məsciddə ilkin layihə qorunmaqla möhkəmləndirmə işləri həyata keçiriləcək, məscidin ərazisində olan və ermənilər tərəfindən dağıdılmış mədrəsə də bərpa ediləcək. Ən geniş bərpa işləri dağıntıların miqyasına uyğun olaraq, Aşağı Gövhər Ağa məscidində aparılacaq. Məscidlərin minarələri bərpa olunacaq, eləcə də dam və döşəmə örtükləri dəyişdiriləcək. Bu bir daha Prezidenti İlham Əliyev və Birinci vitse-Prezident Mehriban Əliyevanın mili-mənəvi dəyərlərimizə xüsusi diqqətlə yanaşdıqlarını göstərir. Bir milləti güclü edən həm də onun dəyərləridir. Bu gün ölkəmizdə bu dəyərlər dövlət səviyyəsində qorunur. Allah Möhtərəm Prezidentimizi qorusun!"

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31