Paşinyan yolunu dəyişdi
5 Noyabr 2021 19:54 SiyasətErmənistan baş naziri Nikol Paşinyan Zəngəzura səfər edib.
Ermənistan KİV-i xəbər verir ki, o, Qafan meri olmağa namizəd partiyadaşı David Danielyanın atasının dəfn mərasiminə qatılıb.
Baş nazir Qafana Gorus-Qafan dövlətlərarası magistralın Azərbaycandan keçən hissəsi ilə deyil, təmiri hələ başa çatmamış Tatev hissəsi ilə hərəkət edib.
20 avtomobildən ibarət avtomobil karvanını hər kənddə polis əməkdaşlarının müşayiət etdiyi də bildirilir. Paşinyanın Azərbaycan sərhədçiləri tərəfindən yoxlanılmaq ehtimalına görə, Gorus-Qafan yolundan istifadə etmədiyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31