“Torpağı işğaldan azad etdyimiz qətiyyətlə də ölkədə ədaləti işğaldan azad etməliyik”-deputat

"Biz torpaqları işğaldan azad etdik, böyük zəfər qazandıq. İndi isə savaşdan sonrakı dövrün əvvəlkindən fərqini göstərə bilməsək insanlarımızı xoşbəxt görə bilməyəcəyik". "Olaylar" xəbər verir ki, bunun mullət vəkili Fazil Mustafa Milli Məclisin iclasında çıxışı zamanı deyib. Bildirib ki,  torpağı işğaldan azad etdyimiz qətiyyətlə də ölkədə ƏDALƏTİ işğaldan azad etməliyik: "Ədalət deyəndə yalnız məhkəmə ədalətindən söhbət getmir. Həyatımızın bütün sahələrində ədalətsizliyin ortadan qaldırılmasından söhbət gedir. Əhalinin rifahı yüksəlmədikcə, korrupsiyaya, inhisarçılığa, imtiyazçılığa son qoyulmadıqca, ədalətə inam da bərpa olunmayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31