Bundan sonra regionda tam təhlükəsiz bir şərait qurmaq mümkündür - Hikmət Hacıyev
5 Noyabr 2021 12:43 SiyasətSon 25-30 ildə dünyanın hansısa ölkəsində postmüharibə dövründə bu miqyasda quruculuq və tikinti işləri olmayıb.
Olaylar.az bildirir ki, bunu ADA Universitetində "44 Günlük Zəfər Yolu" adlı konfransda çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyev qeyd edib ki, Azərbaycan 9-dan çox şəhəri sıfırdan qurmalıdır. Çünki həmin şəhərlər Ermənistan tərəfindən tamamilə dağıdılıb:
"Azərbaycanın təklifləri göz qabağındadır. Prezident İlham Əliyev bəyan edib ki, sülh danışıqlarına hazırıq. Bundan sonra regionda tam təhlükəsiz bir şərait qurmaq mümkündür".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31