Parlamentdə Vidadi Muradovun ölümündən danışıldı
5 Noyabr 2021 11:43 SiyasətDeputat Fazil Mustafa "Azərxalça"nın sabiq sədri və bu gün vəfat edən Vidadi Muradovun həbsdən azad edilməsini cəmiyyətdə birmənalı qarşılamadığını bildirib. Olaylar -ın xəbərinə görə, deputat parlamentdə çıxışında qeyd edib ki, biz müharibədən sonra ədaləti də işğaldan azad etməliyik:
"Bu günlərdə 34 milyon dövlətə ziyan vurmuş şəxsi həbsdən azad etdilər. O onkoloji xəstə olduğuna görə bu normal hal idi. Bu gün də həmin şəxs vəfat etdi. Amma cəmiyyət onun həbsdən azad edilməsini birmənalı qarşılamadı. Çünki bu hal hamıya şamil olunmur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31