Azərbaycan Milli Vəhdət Partiyasının BƏYANATI

Qürur və şərəf tariximiz, torpaqlarımızın düşmən tapdağı altından azad olunmasının müjdəçisi olan Zəfər Günü münasibətilə, başda Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev olmaqla,  Ordumuzun şəxsi heyətini, şəhid ailələrini, qazilərimizi, ümumilikdə Azərbaycan xalqını ürəkdın təbrik edir, ərazilərimizin işğaldan azad edilməsində dünyasını dəyişən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edirik.

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birlik və həmrəyliyini, eyni zamanda onun gücünü, əzmini təkcə işğalçı Ermənistana deyil, eyni zamanda bütün dünyaya,  Dağlıq Qarabağ probleminin həlli missiyasını öz üzərilərinə götürən, lakin imitasiya ilə məşğul olan təşkilat və dövlətlərə göstərdi ki, Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanı ilə birlikdə istənilən məqsədə, hədəfə nail olmaq əzmindədir. Ölkə üçün həlledici məqamlarda, dövlət və dövlətçiliklə bağlı məsələlərdə Azərbaycan xalqı birləşməyə və bu birlikdən yaranan "Dəmir yumruğ"u düşmənin başına endirməyə qadirdir.

Tarixi Zəfərimizdən keçən bir il müddətində Azərbaycanın haqlı davasından, torpaqlarını düşmən işğalından azad etməsindən bəzi regional və beynəlxalq güclərin narahatçılıq keçirdiyinin şahidi olmamız onu deməyə əsas verir ki, 44 günlük Vətən müharibəsi zamanı ortaya qoyduğumuz birlik və bərabərlik, həm düşmənə, həm də onun havadarlarına göstərdiyimiz "Dəmir yumruq" bir an belə sarsılmamalı, lazım gəldiyi anda öz sözünü deməlidir.  

Tarixi zəfərdən keçən bir il müddətində erməni işğalından azad edilən ərazilərimizdə, şəhər və rayonlarımızda sürətlə həyata keçirilən quruculuq-abadlıq işləri, yenidənqurma prosesi də onu deməyə əsas verir ki, Azərbaycan dövləti, Azərbaycan xalqı onun Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında qarşısına qoyduğu bütün hədəflərə çatmağa qadirdir. İşğaldan azad edilən ərazilərimizdə görülən işlər, yaradılan infrastruktur onu deməyə əsas verir ki, Qarabağımızın yenidən cənnət məkana, dünyanın diqqət mərkəzinə çevriləcəyi, məcburi köçkün soydaşlarımızın öz yurd-yuvalarına qayıdacağı gün uzaqda deyil.

Zəfər Bayramın Mübarək Azərbaycan!

Qarabağ Azərbaycandır!

Milli Vəhdət Partiyası

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31