Azərbaycan bizim üçün nümunədir

 

Biz qlobal pandemiyanın təsirlərindən qurtularaq nikbin iqtisadiyyata yaxınlaşmalıyıq. Uzunmüddətli planların işlənib hazırlanması, təsdiqlənməsi və onların əhalinin maddi rifah halının yaxşılaşdırılmasına sərf edilməsi çox gözəldir. Bu məsələdə Azərbaycan bizim üçün nümunədir. Gəlin, Azərbaycandan öyrənək və iqtisadiyyatımızı dirçəldək.

"İki sahil" xəbər verir ki, bu fikirləri Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev noyabrın 4-də VIII Qlobal Bakı Forumu çərçivəsində "Yeni dünya iqtisadiyyatı" mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.

Rosen Plevneliev forumdakı müzakirələrin qlobal iqtisadi duruma müsbət təsir edəcəyinə ümidvar olduğunu bildirib. Qeyd edib ki, forumda maraqlı ideyalar və fikirlər səsləndi.

İqlim dəyişikliyi problemindən də danışan natiq Azərbaycan Prezidenti İlham Əliyevlə bərabər digər dövlət başçıları qlobal iqlimlə bağlı müəyyən razılığa gəldiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31