Azərbaycanın müharibədə Ermənistan üzərində qələbə qazanması çox mühüm tarixi hadisədir - Ehud Barak

Azərbaycanın müharibədə Ermənistan üzərində qələbə qazanması çox mühüm tarixi hadisədir.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu VIII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında İsrailin keçmiş müdafiə naziri Ehud Barak deyib.

O bildirib ki, Azərbaycan bu müharibə ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini praktiki olaraq özü icra edib: "Azərbaycanın torpaqlarını işğaldan azad etməsi həm də beynəxalq ədalətin yerinə yetirilməsi deməkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31