VBP Zəfər günü ilə bağlı bəyənatla çıxış edib
4 Noyabr 2021 18:46 SiyasətMüzəffər Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycan nəinki bölgədə dünyada önəmli rol oynayacaq bir dövlətə çevriləcək.
Bu Vətəndaş Birliyi Partiyasının 8 noyabr-Zəfər Günü ilə bağlı qəbul etdiyi bəyanatda deyilir. Olaylar. a
daxil olan bəyanatda deyilir ki, 2020-ci ilin sentyabrın 27-də Ali Baş Komandan İlham Əliyevin əmri ilə müasir hərb tarixinə görünməmiş qəhrəmanlıq salnaməsi yazan Azərbayan ordusu beynəlxalq hüquq normalarına uyğun olaraq 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlayan erməni işğalçılarına qarşı müqəddəs Vətən savaşına başladı.
Bəyanatda daha sonra deyilir:
"Azərbaycan ötən 30 ilə yaxın müddətdə Ermənistanın işğalçılıq siyasətini sülh danışıqları yolu ilə aradan qaldırılmağa çalışsa da, bütün bu cəhdlər istənilən müsbət nəticəni vermədi. Münaqişənin dinc danışıqlar yolu ilə həlli istiqamətində yaradılan ATƏT Minsk qrupu vasitəçi missiyası da üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi. Bunun nəticəsi olaraq BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qaldı və icra olunmadı. Digər beynəlxalq təşkilatların, o cümlədən elə ATƏT-in Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul etdiyi sənədlərə biganəlik və laqeyidlik nümayiş etdirildi. Ermənistan tərəfi isə ATƏT MQ həmsədrlərinin və beynəlxalq təşkilatların bu mövqeyindən istifadə edərək beynəlxalq hüququn norma və prinsiplərini kobud surətdə pozub, ayaqlar altına alaraq Azərbaycana qarşı davamlı təxribatlar həyata keçirməkdə davam etdi. Ermənistanın son illər ərzində, xüsusən də son 2 il ərzində Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz edirdi və müharibəni günbə-gün yaxınlaşdırırdı.
Azərbaycan xalqının səbr kasası dolduğundan ölkə başçısından səbrsizliklə "Hücum" əmrini gözləyirdi. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyev "Hücum " və "İrəli" əmrini verəcəyi vaxtı və məqamı gözəl bilirdi. Bilirdi ki, müharibə qaçılmazdır və işğal altında torpaqlar müharibəsiz öz həllini tapmayacaq. Ona görə də bütün fəaliyyətini və diqqətini bu istiqamətə yönəltmişdi. Müdrik lider bunun üçün ilk olaraq ölkə iqtisadiyyatını gücləndirib, qüdrətli ordu yaratmaq, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi nin möhkəmləndirilməsinə, beynəlxalq diplomatiya müstəvisində qələbəni təmin edəcək siyasətini yürüdüb "Hücum" və "İrəli" əmrini vermək günə hazırlaşdı.
Bütün fəaliyyətini Azərbaycanın xoş gələcəyi üçün həsr etdiyini görüb, buna əmin olan xalqımız da cənab Prezident İlham Əliyevin ətrafında bir dəmir yumruq kimi birləşərək, torpaqları yağı düşməndən azad edilməsi üçün veriləcək "Hücum, irəli" əmrini səbrsizliklə gözlədi... Və o an 27 sentyabr 2020-ci ildə reallaşdı.
Rəşadətli Azərbaycan Ordusu müqəddəs Vətən savaşında inanılmaz və möhtəşəm qəhrəmanlıqlara imza atmaqla adını dünyanın müasir hərb tarixinə QIZIL hərflərlə yazdırdı. Azərbaycan Ordusu 44 günlük Vətən savaşında dünya hərb tarxində olmayan yeniliklərə imza atdı. Azərbaycan Ordusu ermənilərin uydurduduğu miflərini məhv edib, dünya erməni faşizminə son verdi. Düşmən Müzəffər Ali Baş Komandanın başçılığı ilə həyata keçirilən hərbi əməliyyatlar qarşısında tab gətirməyib diz çöküb, kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı.
Müzəffər Prezident İlham Əliyevin rəhbərliyi altında ordumuz Azərbaycanın tarixinə Qələbə səhifəsi yazmış oldu. Çünki qələbə təkcə hərb meydanında deyil, eyni zamanda cənab Prezident tərəfindən informasiya savaşında və diplomatik müstəvidə də apardığı mübarizədə inanılmaz qələbə əldə etdi.
Hansı ki, son 200 ildən artıq müddətdə Azərbaycan belə qələbə sevincini yaşamamışdı. Bu müddət ərzində yüz minlərlə soydaşımız öz ata yurdunu tərk etmək zorunda qalıb. Təkcə son 30 ildə Azərbaycana qarşı keçirilən işğalçılıq siaysəti nəticəsində milyondan artıq soydaşımız öz yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Amma bu 44 günlük Vətən savaşı bütün bunlara son verdi və Azərbaycan xalqının sınmış qəddini düzəltdi.
Azərbaycan Ordusunun 44 günülük müqəddəs Vətən savaşında göztərdiyi şücaət, qəhrəmanlıqla yanaşı, müasir hərb tarixinə hərbi əməliyyatların keçirilməsi üçün ən əlverişisiz coğrafi şəraitdə necə və az itki ilə qələbənin əldə edilməsini dünyaya nümayiş etdirdi və indi dünya ordumuzun həyata keçirdiyi hərb taktikasını öyrənir. Ordumuzun İkinci Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq xarici ölkələrin ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir.
Möhtəşəm Qələbənin əldə olunmasında əsas yük və ağırlıq Azərbaycan Ordusunun üzərinə düşsə də, bu böyük qələbə ölkədə yaradılmış xalqın güc və birlik rəmzinə çevrilmiş "dəmir yumruq" müstəsna rol oynadı. Siyasi mövqeyindən və milli mənsubiyyətinidən asılı olmayaraq bütün vətəndaşlarımızın səmimi birliyi sayəsində, milli iradənin qətiyyətlə və böyük ruh yüksəkliyi ilə ortaya qoyulması hesabına əldə edildi.
Vətən müharibəsi zamanı ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının olmadığını nümayiş etdirib.
Siyasi partiyalar tərəfindən siyasi həmrəyliyə xidmət edən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalayıb ki, bu da milli məsələlərdə, tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz olduğunu dünyaya göstərib. Məhz daxildəki həmrəylik, milli birlik vahid amal uğrunda birləşməyimiz əlavə güc verdi, imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər.
10 noyabr kapitulyasiya sənədindən sonra işğaldan azad edilən torpaqlarımızda Azərbaycan bayrağı dalğalanılır, yenidən bərpa olunan dövlət sərhədlərimizdə Azərbaycan əsgəri keşik çəkir, dağıdılmış və viran edilmiş yurd yerlərimizdə böyük tikinti-quruculuq işləri aparılır, dinc sakinlərin öz evlərinə rahat qayıdışı və yaşayışı üçün geniş təhlükəsizlik tədbirləri görülür.
Azərbaycanın əldə etdiyi qələbə Cənubi Qafqazda yeni reallıqlaır və bu reallqılar isə bölgənin xoş gələcəyi, inkişafı üşün yeni əməkdaşlıq imkanları yaradıb. Yeni reallıqlar isə bütövlükdə regionun inkişafı üçün əlavə stimul olacaq yeni əməkdaşlıq formatları eyni zamanda ölkələrin inkişafında müsbət tendensiyaları yaradacaqdır. Bölgədə yaranacaq əməkdaşlıq formatlaır iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmli rola malik olacaq. Odur ki, müharibədən sonra bölgədə keyfiyyət etibarilə yeni inkişaf dövrü başlanıb. Bu məsələdə Azərbaycanın özünəməxusus yeri olacaq və təkcə bölgədə deyil, dünyada mövqeyini möhkəmlənməsinə xidmət edəcək.
Vətəndaş Birliyi Partiyası bu qələbənin əldə edilməsində misilsiz şücaət və qəhrəmanlıqlar göstərmiş hərbçilərimizi, öz canını Vətənimizin azadlığı üçün qurban vermiş şəhidlərimizi, döyüşlərdə sağlamlıqlarını itirmiş qazilərimizi, eləcə də onların valideynlərini bu gün böyük minnətdarlıq, iftixar, qürur və hörmət hissiylə anaraq, bu şərəfli insanların xatirəsinin daim əziz tutulacağını bir daha bəyan edir.
Vətəndaş Birliyi Partiyası 30 illik işğala son qoyulmasında və son 200 illik tariximizdə belə bir şərəfli tarixin yazılmasında müstəsna xidməti olan, döyüş əməliyyatlarına düzgün və uğurla komandanlıq etdiyinə, Ordunu və cəmiyyəti vahid qüvvə şəklində bütövlükdə öz arxasınca səfərbər edib, məharətli bacarığına görə bütün savaşlardan qələbə ilə çıxan Müzəffər Azərbaycan Prezidenti cənab İlham Əliyevə xüsusi təşəkkürünü bildirir.
Vətəndaş Birliyi Partiyası eyni zamanda beynəlxalq təşkilatları və dünya ölkələrini bundan sonra Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin təmin edilib, sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaradılmasına çağırır!"