“Bir güllə atmadan, diplomatik yollarla, hərbi qüdrətimizlə Laçın, Kəlbəcər, eləcə də Ağdamı işğaldan azad etdik” –İlyas Hüseynov
4 Noyabr 2021 15:59 Siyasət"Azərbaycanın tarixi qələbəsi və strateji nailiyyətləri dünyanın digər dövlətlərinin də marağını çəkir."
8 Noyabr - Zəfər Günü ilə əlaqədar öz fikirlərini bildirən Olaylar.az-a politoloq İlyas Hüseynovun sözlərinə görə, Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərinin işğaldan azad olunduğu gün Azərbaycanda "Zəfər" bayramı kimi qeyd olunur. Əbədi olaraq bu gün xalqımız tərəfindən qeyd olunacaq və Müzəffər Ordumuzun qələbəsini , eləcə də Şərqi Zəngəzurun işğaldan azad olunmasını qeyd edəcəyik. Bu tarixi qələbə ilə bağlı bu gün müxtəlif beyin və hərbi tədqiqat mərkəzlərində təhlillər aparılır. Qələbəmizin bir ili münasibətilə Azərbaycanda da tədbirlər , dəyrimi masalar , seminarlar təşkil olunur. Universitetlərdə bu günün əhəmiyyəti haqqında mühazirələr, politoloqlar və hərbi ekspertlər tərəfindən tədris olunur.
"Bu çox önəmli və Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir gündür. Azərbaycan ordusu tarixi zəfər çaldı. Qələbəmizin strateji əhəmiyyəti ilə bağlı deyərdim ki, düşmən 30 ilə yaxın müddətdə dərin eşalonlaşdırılmış istehkam və maneələr formalaşdırırdı. Ərazilərimizi küllü miqdarda minalarla çirkləndirib. Bu piyada və eləcə də tank əleyhinə minaların köməkliyi ilə torpaqlarımızı işğal altında saxlamağa çalışırdılar. Eləcə də diplomatik siyasi müstəvidə ATƏT-in Minsk qrupunun həyata keçirdiyi yarıtmaz fəaliyyət nəticəsində status-kvo da dəyişməz olaraq qalırdı. Lakin Azərbaycanın hərbi -siyasi yollarla münaqişəni həll etmək istiqamətində əməli və praktiki addımları öz nəticəsini verdi. Burada müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü müdrik siyasət, diplomatik məharət öz nəticəsini verdi. 27 sentyabr 2020- ci il tarixində düşmənin bütün cəbhə boyunca hücuma keçməsi nəticəsində Azərbaycan ordusu əks-hücum əməliyyatlarına start verdi. Bu Azərbaycan ordusunun tarixi xilaskarlıq missiyası kimi, Azərbaycanın müasir tarixində iz buraxdı. 27 sentyabr həm də Vətən müharibəsinin başlanğıcı gündür. Biz bu tarixdə şəhidlərimizi yad edirik. Bununla yanaşı olaraq tarixi zəfər yürüşmüz də məhz bu zaman başlandı. Düşmən bizi şimal cəbhəsində gözləyirdi. Şimal cəbhəsində strateji yüksəkliklərin azad olunmasi Azərbaycan ordusunun strateji üstünlüyünü verdi. Lakin Azərbaycanın müzəffər ordusunun yürüşü cənub istiqamətində daha da Daha da geniş əraziləri işğaldan azad etməsi ilə nəticələndi. Cəbrayıl, Füzuli, Zəngilan, Hadrut və Laçın dəhlizinə çıxan Azərbaycan ordusu Şuşanın işğaldan azad etməsilə müharibənin müqəddəratını həll etdi. Şuşanın işğaldan azad olunması Azərbaycan mənəviyyatının, Azərbaycanın musiqi beşiyinin Qafqazın konservatoriyasının işğaldan azad olunması ilə bu tarixi biz Zəfər günü kimi qeyd edirik. Eyni zamanda düşmən kapitulasiya aktına Zəfər günündə imza atdı. 10 noyabr tarixində Ermənistanın baş naziri Azərbaycan və Rusiya prezidentlərinin imzaladığı 3 tərəfli birgə bəyanat nəticəsində, bir güllə atmadan, diplomatik yollarla siyasi üstünlüyümüz, hərbi qüdrətimizlə Laçın, Kəlbəcər, eləcə də Ağdamı işğaldan azad etdik. Burada da düşmən öz məkrli niyyətlərini yenidən nümayiş etdirdi. Əraziləri boşaltmaq əvəzinə onlar, heyvanları öldürür, ağacları qırır evləri yandırır və barbarlıq hərəkətlərini davam etdirirdilər. Bu gün Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, dövlət sərhədlərinin Ermənistan tərəfindən tanınması, sərhədlərin delimitasiyasi və demorkasiyası, ərazilərin minalardan təmizlənməsi, işğaldan azad olunan ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri gedir. Bununla yanaşı həm də ərazi yaşıl enerji zonası elan olunub. Zəngilanın Ağalı kəndində "Ağıllı kənd"layihəsi icra olunur. Eyni zamanda digər ərazilərdə də ağıllı kəndlər və şəhərlər salınacaq. Bütün bunlar ona görə edilir ki, bizim soydaşlarımız, məcburi köçkünlərimiz, həyati vacib infrastruktur layihələri ilə təmin olunsunlar və uzunmüddətli bir zaman kəsiyində öz quruculuq əməlləri ilə Qarabağın, eləcə də Şərqi Zəngəzurun çiçəklənməsində öz töfhələrini versinlər. Azərbaycanın tarixi qələbəsi və strateji nailiyyətləri dünyanın digər dövlətlərinin də marağını çəkir. Xüsusilə postsovet məkanında bizim qələbəmizlə yaxından maraqlanırlar. Moldova, Gürcüstan, Ukrayna, eləcə də Mərkəzi Asiya dövlətləri bu qələbəni yaxından təhlil edirlər. Şuşanın azad olunması Azərbaycan xüsusi təyinatlılarının qəhramalığı və şücaətilə müşayiət olundu. Azərbaycan əsgərində olan vətənə, torpağa bayrağa bağlılıq ən yüksək səviyyədədir və bu ümumən bəşəriyyətin hərb tarixində silinməz izlər buraxmış bir qəhrəmanlıq salnaməsi kimi daim yaşayacaqdır"
Mehriban Xəlilli