Erməni miflərinə son qoymuş Bəyanat

44 günlük Vətən müharibəsi Erməistanın işğalçı siyasətinə son qoymaqla yanaşı, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına zəmin yaratdı. Daha doğrusu, erməni millətçilərinin illər uzunu formalaşdırdığı "dənizdən dənizə-böyük Ermənistan" ideolofiyasını fiaskoya uğratdı. 30 il ərzində Ermənistanın ortaya atdığı müxtəlif bəhanələr, qonşu dövlətlərə qarşı torpaq iddiaları, şər-böhtan kompaniyası sona çatdı. Nəhayət Müzəffər Azərbaycan Ordusunun rəşadəti nəticəsində Ermənistan ordusu darmadağın edildi və 10 noyabr tarixində Ermənistan hərbi kapitulyasiyası Bəyənatına imza atmağa məcbur oldu. Bəyanat uzun illər davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Beləliklə himayədarlarının hesabına uzadılan danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. "Dağlıq Qarabağ"ın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, "Dağlıq Qarabağ"da yeni erməni dövlətinin yaradılması planları pozuldu. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Ermənistanın silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistanın silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq. Qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Milli Məclisin deputatı Kamilə Əliyeva qeyd edib ki, Azərbaycan dövlətinin və xalqının qazandığı bu hərbi və siyasi gələbə dünyada öz unikallığı ilə tarixə yazılmış oldu. Dünya tarixində belə bir hadisə olmamışdır ki, bir dövlət 30 il işğalda olan torpaqlarını 44 gün ərzində hərbi və siyasi yolla azad etsin. Xalqımız bunu bacardı. Azərbaycan xalqı öz liderinin, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi. 44 gün ərzində Azərbaycan Ordusunun əsgər və zabitləri böyük şücaət və qəhrəmanlıq göstərdi, döyüşlər zamanı bir addım belə geri çəkilmədi. Əsgərlərimiz torpaqlarımız və dövlətimiz naminə öz canlarını, qanlarını əsirgəmədilər. Azərbaycan xalqı həmişə olduğu kimi müharibə zamanı da öz Prezidentinə inandı. Xalqımız  cənab İlham Əliyevin ətrafında sıx birləşdi, öz ordusunun arxasında dayandı. Bu vəhdət dəmir bir yumruğa çevirildi. Elə bir yumruğa çevrildi ki, bu yumruğu açmağa heç kimin nə gücü, nə də güdrəti çatmaz.

Onun sözlərinə görə, Prezident cənab İlham Əliyevin hərb meydanında Müzəffər sərkərdə olması ilə yanaşı, diplomatik cəbhədə də böyük diplomat va güclü siyasətçi olması öz təsdiqini tapdı: "Cənab İlham Əliyev 44 gün ərzində informasiya sahəsində Azərbaycan xalqının haqq səsi oldu, cəsarətlə, qətiyyətlə bütün xarici təzyiqlərə sinə gəldi və mübarizlik rəmzinə çevirildi. Cənab İlham Əliyev Prezident seçildiyi ilk vaxtdan bir gün də olsun Qarabağla bağlı xalqımızın ruh düşkünlüyünə qapılmasına yol vermədi. Xalqımız da hər zaman vətən həsrətini, vətən sevgisini ürəklərində yaşatdı. Hər zaman vətəni və dövləti sevməyi və qorumağı hər şeydən üstün tutan gənclərimiz də  bu ruhda tərbiyə olundu. Müharibəni də məhz bu ruhda yetişən gənclərimizin qəhrəmanlığı nəticəsində qalib xalq kimi qazandıq. Ulu Öndər Heydər Əliyev xalqla ğörüşlərində "Biz Şuşanı da, Laçını da, Kəlbəcəri də və işğalda olan bütün  torpaqlarımızı qaytaracağıq" deyirdi. Cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu, irsini rəhbər tutaraq bu yolu davam etdirdi. "Biz Qarabağı qaytaracağıq, Qarabağ Azərbaycan torpağıdır" söyləyirdi. Ölkə başçımız Ulu öndərə və xalqa verdiyi vədləri yerinə yetirdi. Xalqımızın qürur yeri, mədəniyyət beşiyimiz olan Şuşa şəhərinin işğaldan zad edildiyi gün cənab İlham Əliyevin  Ulu öndərin qəbrini ziyarət etməsi və orada "Mən xoşbəxtəm ki, ata vəsiyətimi yerinə yetirdim" deməsi xalqın öz liderinə olan sevgisini daha da artırdı. İlham Əliyev öz irsinə, dövlətinə, xalqına bağlı bir şəxsdir. Ulu öndərin "Mən İlham Əliyevə özüm qədər inanıram" deməsi bu gün öz təsdiqini tapıb və tapmaqdadır. Bu gün Azərbaycan Qarabağa, Şərqi Zəngəzura qovuşdu. Azərbaycan Ordusu Xocalı qurbanlarının, müharibədə günahsız gətlə yetirilmiş mülki əhalimizin, şəhidlərimizin qisasını döyüş meydanında aldı. Biz bütün dünyaya  göstərdik ki, bir qarış torpağımızı da işğalda saxlamayacağıq".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31