Əsassız iddialar yayan sosial şəbəkə istifadəçilərindən şikayət - Rəcəb Tayyib Ərdoğandan
3 Noyabr 2021 21:31 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında əsassız iddialar yayan sosial şəbəkə istifadəçiləri haqqında Ankara Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib.
"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Tvitter hesablarında Ərdoğanın səhhəti ilə bağlı fərziyyələr yayılmağa başlayıb. Bundan sonra Baş Təhlükəsizlik İdarəsi hərəkətə keçib və 30 nəfər haqqında istintaq başladılıb.
Bundan sonra Ərdoğan cinayət işi açılması ilə əlaqədar prokurorluğa müraciət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31