Litvada Azərbaycanın Zəfər Günü qeyd olunur
3 Noyabr 2021 18:33 SiyasətMilli Məclisin deputatları Azər Kərimli və Elnur Allahverdiyev noyabrın 3-də Litvanın Vilnüs şəhərində Azərbaycanın Zəfər Gününə həsr edilmiş tədbirə qatılacaq.
Azərbaycanın Litvadakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü qeyd olunacaq, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsi nəticəsində torpaqlarımızı işğaldan azad edərkən şəhid olmuş Vətən övladlarının əziz xatirəsi ehtiramla yad ediləcək.
Alim Hüseynli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31