Ermənistan sərhəd məsələsini "status" məsələsi ilə əvəz etməyə çalışır
3 Noyabr 2021 13:55 Siyasət"Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyası prosesində 1920-ci illərin xəritələrin əsas götürülməsi və sonrakı illərin xəritələrinə əsaslanması danışıqları uzada bilər. Bununla da tərəflərin ortaq konsesusa gəlməsi mümkün olmayacaq". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Rusiya da məhz SSRİ-nin xəritələrini ortaya atmaqla problemin davam etməsində maraqlı görünür: "Ümumiyyətlə, Ermənistan çalışır ki, Azərbaycan ordusu sərhəddə mövqelərdən geri çəkilsin və sərhəd məsələsi ilə paralel "status" məsələsini gündəmə daşısın. Təbii ki, Yerevanın bu planları baş tutmayacaq. Azərbaycan sərhədlərin müəyyənləşməsini BMT daxil olduğu sərhədlər çərçivəsində həllini masaya gətirməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31