"Altılıq" platformasının yaradılması mümkün deyil

Politoloq: "Bunun əvəzində yeni bir iqtisadi əməkdaşlıq təşkilatı yaradıla bilər"

"İkinci Qarabağ müharibəsindən sonra, regionda yeni geosiyasi və geoiqtisadi nizam formalaşır.  Xüsusilə, regionda sülhə və əməkdaşlığa xidmət edə biləcək, bölgə ölkələrinin iqtisadi inteqrasiyasını həyata keçirə biləcək Türkiyə prezidentinin təklif etdiy  iqtisadi əməkdaşlığı özündə ehtiva edən, Türkiyə, Azərbaycan, Rusiya, İran, Gürcüstan və Ermənistanın daxil olacağı  "Altılıq" platformasının baş tutması sual olaraq qalır. Çünki, İran Türkiyənin belə bir paltformada siyasi mövqeyinin artacağından dolayı, belə bir formatı  qəbul etmir. Son aylarda Tehranın deusturiktiv mövqeyi bunu bir daha göstərdi. Xüsusilə, İranda hakimiyyətdə olan mühafizakarlar Türkiyə və Azərbaycana qarşı rəqib kimi baxırlar". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə,  Gürcüstana gəldikdə isə, bu ölkədə  "3+3" platformasına isti baxmır. Rusiya ilə məlum əlaqələri qeyd edərək, belə bir layhihədə yer almayacağını bəyan edib. Halbuki, Tiflisin belə bir paltformada yer almasının qarşısnı ABŞ alır. Vaşinqton da Türkiyənin Cənubi Qafqazda artan regional nüfuzunu qəbul etmir və belə bir platformaya qarşıdır. Çünki, Vaşiqnton Türkiyənin regional gücə çevrilməsində maraqlı deyil: 

"Qeyd edim ki, G20 zirvəsində Türkiyə prezidenti R. T. Ərdoğan "Altılıq" platformasını ABŞ və Fransa prezidentləri də  müzakirə edib. Hər iki ölkənin belə bir platformanın Ankaranın birbaşa vasitəçilyi ilə yaradılmasını qəbul etməsə də, cənab T.R. Ərdoğan bununla  Cənubi Qafqazda Türkiyənin artan təkbaşına regional bir nizamı formalaşdırmaq gücündə olduğu mesajını vermiş olur.  Qeyd edim ki, regionda "Altılıq" platformasının qurulması mümkün görünümür. "3+3" format əvəzinə "2+2"   format onda ola bilər. Bu da "Zəngəzur" dəhlizi açıldıqdan sonra, Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan burada yer ala bilər. "Zəngəzur" dəhlizinin açılması isə, Mərkəzi Asiya ölkələrinin də regionla  əməkdaşlığı artar və  Ankaranın vasitəçilyi ilə yeni bir iqtisadi əməkdaşlıq təşkilatı ayaradıla bilər. Ona görə də "Altılıq" platformasının yaradılması mümkün deyil. Bunun əvəzində,yeni bir iqtisadi əməkdaşlıq təşkilatı yaradıla bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31