“Kimin hansı mövqedə olmasına baxmayaraq Zəngəzur dəhlizinin açılacağı artıq reallıdır”- DEPUTAT

"Rusiya və Ermənistanın xarici işlər nazirləri arasında dünənki telefon danışığı zamanı Güney Qafqazda əlverişli regional əməkdaşlıq, bütün nəqliyyat  yollarının açılması, iqtisadi əlaqələrin bərpası, minalalanmış sahələrin xəritəsinin verilməsi, savaşdan sonra tutulub saxlanılanların azad edilməsi, səhrəddəki insidentlərin danışılqar yoluyula həlli məsələlərinə toxunulub ki, məncə,  bunlar yüksək səviyyədə keçirilməsi planlaşdırılan üçlü görüşə hazırlıqdan xəbər veirir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə,  Ermənistanın Milli Təhlükəsizlik Xidməti rəisinin müavini Aram Hakopyanın Görus-Qafan yolunun Azərbaycandan keçən hissəsinin öz ölkəsinin vətəndaşlarının gediş-gəlişləri  üçün tam problemsiz olduğunu vurğulaması da rəsmi İrəvanın hələlik konstruktivliyə kökləndiyini, daha dəqiqi  kökləndirildiyini gösətrir: "Fəqət  kökdən salınmaları ehtimalı da az deyil. Bu yöndə cəhdlər isə təəssüf ki, var. ABŞ, Fransa və İran Vətən savaşından sonra regionda yaranmış geosiyasi reallığı hələlik həzm etmək istəmirlər. Əlbəttə, burada həlledici rolu ABŞ oynayır. ABŞ-ın Azərbaycanla Ermənistan arasında yeni geosiyasi reallığa uyğun sülh anlaşmasının bağlanmasına savaşdan bir il keçəndən sonra yanaşmasının dəyişib-dəyişmədiyi isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin yardımçısı Erik Olsonun  regiona noyabrın 2-də başlayıb 3 gün davam edəcək səfərindən sonra dəqiq bilinəcək. Xatırladaq ki, Erik Olsonun rəhbərliyi altında ABŞ-ın Güney Qafqazın üç ölkəsindəki səfirlərinin İrəvanda birgə məsləhətləşmərləri də keçirilməlidir. Demək olar ki, bu qəbildən olan məsləhətləşmələr ənənəvi xarakter daşıyır və 2019-cu ildə Bakıda, 2018-ci ildə isə Tiflisdə keçirilmişdi. Amma bu dəfə onun da, Olsonun səfərinin də Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçılarının keçirilməsi planlaşdırılan üçlü görüşü öncəsinə salınması düşündürücüdür. Və ola da bilər ki, bu səfərdən sonra Ermənistan rəhbərliyi yenidən öz ampluasına dönəcək. Bununla yanaşı kimin hansı mövqedə olmasına baxmayaraq Zəngəzur dəhlizinin açılacağı artıq reallıdır. Xarici təzyiqlərdən dolayı Azərbaycanla Ermənistan arasında sülh anlaşmasının bağlanmasının ləngidilməsinə gəldikdə isə bundan itirən ilk növbədə haylardır. Bu ilin statistikasına görə Rusiyaya ən çox miqrant axını baş verən ölkələrin ilk üçlüyündə demoqrafik depopulyasiyayla üzləşən, əhalisi elə də çox olmayan Ermənistanın yer alması faktı da bunu təsdiqləmirmi?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31