Braziliyalı deputat: “Azərbaycanla yaxşı münasibətlərimiz var”
2 Noyabr 2021 14:05 Siyasət"Braziliya parlamentini təmsil edən şəxs kimi burada olmaqdan məmnunam. Burada şəhidlərin xatirəsini anmaqdan şərəf duyuram. Onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban veriblər. Onlar bu addımı böyük amal uğrunda atıblar". "Olaylar" xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Braziliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasia deyib. Antonio Anastasia bildirib: "Azərbaycan qədim tarixə malik ölkədir. Həmçinin zəngin mədəniyyətə sahibdir. Azərbaycan gənc dövlət olsa da, burada olmaqdan şadıq. Bizim Azərbaycanla yaxşı münasibətlərimiz var. Ümid edirəm ki, əlaqələrimiz daha da möhkləmlənəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31