Tariximiz, təhsilimiz və imanımız

"Millətimizi bu günlərə gətirib çıxaran və irəli aparan bir neçə sarsılmaz  sütun var: şərəfli tariximiz, təhsilimiz və imanımız". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə,  millətimiz daim şərəfli tarixindən güc alıb: "Təhsil  millətimizi cəhalətdən, xurafatdan xilas edib, irəli aparıb. İman isə onu düşmən qarşısında yenilməz edib.  Cənab Prezidentin rəhbərliyi altında keçdiyimiz yol, qazandığımız böyük zəfər bunu bir daha göstərdi.  Dövlət başçımızın dediyi aşağıdakı sözlər ibrətamizdir:  "...Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəni və dini abidələrin qorunub saxlanılması və bərpası istiqamətindəki fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihələr çərçivəsində bölgələrdəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31