Yaxın gələcəkdə dərmanlardan da istifadə olunacaq - Vladimir Putin
1 Noyabr 2021 21:40 SiyasətRusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda ölkəsinin koronavirusun müalicəsi üçün dərman istehsalına başlayacağını elan edib.
O, bu barədə Soçidə Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüşündə bildirib.
"İndi onlar hazırlanır və yaxın gələcəkdə müalicə üçün dərmanlardan da istifadə olunacaq", - deyə Rusiya lideri qeyd edib.
O vurğulayıb ki, koronavirus epidemiyası revaksinasiyanın vaxtında aparılmamasının nəticəsində yaranır.
Mənbə: demokrat.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31