Qonşu dövlətin nümayəndələri var, amma ümumilikdə Ermənistan vətəndaşları yoxdur - Erməni KİV
1 Noyabr 2021 20:54 Siyasət"Paylasar sahəsində heç bir dəyişiklik yoxdur. Ötən gün sərhəd qoşunlarının komandanı burada olub, sualları cavablandırıb".
"Ölkə.Az" xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Aram Akopyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Gorus-Qafan yolu təhlükəsizdir: "Bəli, təhlükəsizdir. Bir gün əvvəl keçdim, çox təhlükəsizdir. Düzdür, qonşu dövlətin nümayəndələri var, amma ümumilikdə Ermənistan vətəndaşları yoxdur..."
Rus qoşunlarının Zəngəzurda Azərbaycanla sərhəddəki Paylasar təpəsini niyə tərk etdiyini, vətəndaşların avtomobillərinin saxlanması, yoxlanılması ilə bağlı həyəcan təbili çalmasına gəldikdə isə o bu barədə məlumata malik olmadığını qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31