Erdoğandan Türk Şurası haqqında- GÜCLƏNİRİK
1 Noyabr 2021 11:06 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Dövlətlərin Baş Prokurorları Şurasının ilk iclasının iştirakçılarına videomüraciət ünvanlanlayıb.
Olaylar.az bildirir ki, videomüraciətdə türkdilli ölkələr arasında əlaqələrin bundan sonra da uğurlu olacağına əminlik vurğulanıb:
"Qarşılıqlı əlaqə və təcrübə mübadiləsi hədəflərə daha da yaxınlaşdırmış olacaq. Türk Şurası yeni qatılan ölkələrlə güclənərkən beynəlxalq status qazanmış olacaq.
Son illərdə şahid olduğumuz hadisələr ticarətdən əlaqələrə, müdafiədən səhiyyəyə qədər bütün sahələrdə əlaqələri inkişaf etdirmək bizim üçün ehtiyacdan əlavə məcburiyyətdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31