Ərdoğan Baydenlə Qafqazdakı vəziyyəti müzakirə edəcək

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin müzakirə edəcəyi bir çox məsələlər var".

Olaylar.az  xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

O deyib ki, həmin məsələlər sırasına Suriya, Əfqanıstan və Qafqazdakı durum, ABŞ-Türkiyə ikitərəfli əlaqələri daxildir: "Terrora qarşı mübarizə, qlobal iqtisadiyyata dair məsələlər də gündəmdə olacaq".

İ.Kalının sözlərinə görə, R.T.Ərdoğan və C.Baydenin Romada və ya Şotlandiyanın paytaxtı Qlazkoda görüşəcəyi gözlənilir: "Görüşlə bağlı son dəqiqləşmələr aparılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31