Co Bayden Romada qəzaya düşüb
29 Oktyabr 2021 19:54 Siyasətİtaliyanın paytaxtı Romada ABŞ prezidenti Cozef Baydenin kortejinin avtomobili yol qəzasına düşüb.
Olaylar.az "Report"-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi bildirib.
"Prezidentin kortejindən olan avtomobil Vatikandan Kvirinal sarayına yola düşərkən qəzaya düşüb. Ciddi xəsarət alan olmayıb. Bununla belə, ehtiyat tədbiri olaraq, tibb işçiləri avtomobildə olanları müayinə edir", - Ağ Ev sözçüsü bildirib.O, qəzaya uğrayan kortecin avtomobilində konkret kimin olduğunu açıqlamayıb.
Qeyd edək ki, Amerika lideri G20 sammitində iştirak etmək üçün İtaliyaya gəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31