“Əhali qiymət artımlarından narazıdır” – Qüdrət Həsənquliyev

"Azərbaycan uzun müddətdir ki, Ümumdünya Ticarət Təşkilatı ilə danışıqlar aparır, lakin danışıqların detalları bizə hələ də qaranlıq qalıb".

Olaylar.az  xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat  Qüdrət Həsənquliyev deyib. Millət vəkili ərzaq məhsullarının bahalaşmasını da bu məsələ ilə əlaqələndirib:

"Bir çox ərzaq məhsulları ölkəyə xaricdən gətirilir və son zamanlar qiymətlərdə bahalaşma müşahidə olunur. Əhali də qiymət artımlarıdan narazıdır. Hesab edirəm ki, ərzaq idxalında daha ciddi rəqabət mühiti yaradılmalıdır. Buna görə də Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31