Rəcəb Tayyib Ərdoğandan iki ölkəyə kritik səfər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 30-31 oktyabrda keçiriləcək G-20 Liderlər Zirvəsi üçün İtaliyaya, 1-2 noyabrda isə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP26) 26-cı Tərəflər Konfransına qatılmaq üçün Şotlandiyaya gedəcək.

Olaylar.az  xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, G-20-nin Roma sammitində keçirilən görüşlərdə liderlər koronavirus pandemiyası dönəmində iqtisadiyyatın bərpası, qlobal iqtisadiyyatda və səhiyyədə baş verən hadisələr, iqlim dəyişikliyi, ekologiya, davamlı inkişaf və qaçqın məsələsi ətrafında fikir mübadiləsi aparacaqlar.

Prezident Ərdoğan G-20 sammitindən sonra Qlazqoda iqlim konfransında iştirak və çıxış edəcək.

Qeyd olunan sammitlər çərçivəsində Ərdoğanın bəzi iştirakçı ölkələrin dövlət və hökumət başçıları ilə, eyni zamanda, ABŞ Prezidenti Co Baydenlə ikitərəfli görüşlər keçirməsi də nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31