Musa Qasımlı Qars müqaviləsinin 100 illiyinə həsr olunan tədbirə qatılacaq

Milli Məclisin deputatı Musa Qasımlı Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun təşkil etdiyi Qars müqaviləsinin 100 illiyinə həsr olunmuş tədbirdə iştirak  etmək üçün oktyabrın 29-dan 31-nə kimi Türkiyənin paytaxtı Ankarada səfərdə olacaq. 
    Tədbirdə bir əsr bundan əvvəl Qars müqaviləsini imzalamış dövlətlərin akademikləri, tanınmış elm adamları, sahə mütəxəssisləri iştirak edəcəklər.
Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı tədbirdə "Qars müqaviləsinin ratifikasiyası məsələsinə dair" mövzusunda məruzə edəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31