Füzuli hava limanı sadəcə Azərbaycanı və Qarabağı dünyaya baglamayacaq...- Yücel Karauz
28 Oktyabr 2021 12:16 Siyasət"Regionda sülh və sabitliyin olmasını istəməyən qüvvələr, qonşu dövlətlər, İran daxil olmaqla, Ermənistanın içərisindəki "Qarabağ tayfası", Ermənistanın qardaşları olan, Avropa və Amerikadakı diasporlar Azərbaycanın üzərinə böyük təzyiqlər və basqılar həyata keçirmək istiqamətində fəaliyyətlərini gün keçdikcə daha da artırırlar"
Bunu Olaylar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauz deyib. O bildirib ki, oktyabrın 26-da tarixi bir hadisə həyata keçirildi. İşğaldan azad edilmiş ərazilərdə ilk hava limanı-Füzuli Hava Limanı açıldı. Eyni zamanda Zəngəzur dəhlizinin təməli qoyuldu. Birgə təsərrüfatla bağlı qarşılıqlı fəaliyyətlər icra ediləcək. Torpaq ərazilərinin təməl qoyulması və fəaliyyətləri hazırlandı.
" Bu Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşa ziyarətindən sonra, tarixi önəmə sahib ikinci bir səfər oldu. Füzuli hava limanı sadəcə Azərbaycanı və Qarabağı dünyaya baglamayacaq, eyni zamanda bütün bölgələri, İran və Ermənistanı da əhatə edəcək bir şəkildə, bu ölkələri də dünyaya bağlayacaq bir "giriş qapısı" vəzifəsi var. Regionda sülh və sabitliyin olmasını istəməyən qüvvələr, qonşu dövlətlər, İran daxil olmaqla , Ermənistanın içərsindəki "Qarabağ tayfası", Ermənistanın qardaşları olan, Avropada və Amerikadakı diasporlar Azərbaycanın üzərinə böyük təzyiqlər və basqılar həyata keçirmək istiqamətində fəaliyyətlərini gün keçdikcə daha da artırırlar. Xüsusilə bu səfər hava limanının açılması ölkələrə qarşı verilmiş olan cavab mahiyyəti kəsb edir. O ölkələrə verilən bir mesajdır. Eyni zamanda Bakını İstanbula bağlayacaq Zəngəzur dəhlizinin de-fakto həyata keçməsini əhatə edəcək olan quru yolunun təməl qoyma törəni baş tutdu. Bu sadəcə Naxçıvanı mərkəzə bağlamayacaq, Türkiyəni Azərbaycana, Türkiyəni türk dünyasına, Çini, Londonu Pekinə bağlayacaq modern bir "İpək yolu" proqramıdır. 8 ay müddətində, qısa bir zamanda işğaldan azad olunmuş əraziləri minalardan təmizləyərək, bölgəni abadlaşdıraraq, belə bir hava limanının açılmasının dünyada heç bənzəri yoxdur. Xüsusilə bu hava limanının açılması Azərbaycan dövlətçiliyinin, region liderliyinin və Azərbaycan xalqının müasirliyini, qərarlılığını, dövlətinin və millətinin, gücünün bir göstəricidir. Cənab Prezident, Rəcəb Tayyib Ərdoğanın bura gəlmiş olması Şuşa bəyannaməsi ilə ortaya qoyulan Türkiyə və Azərbaycan qardaşlığının nümunəvi sübutdur. Həmçinin bu Azərbaycan-Türkiyə əlaqələrinin maraqlarının bölgənin iqtisadi yüksəlişinə, sülhün əldə olunmasına da təsir göstərəcək. Bu hava limanının açılması Zəngilandakı və digər fəaliyyətlər, Zəngəzur dəhlizinin açılmış olması "Zəfər" paradından etibarən, lazım olduqda cənab prezident Rəcəb Tayyib Ərdoğanın və cənab prezident İlham Əliyevin ifadə etmis olduğu "3+3", "6+", digər ölkələri əlaqəndirəcək bütün regionun regional sabitliyinə, iqtisadi təsirinə və regional təhlükəsizliyinə böyük təsir göstərəcək. Xüsusilə Qarabağın bu qədər qısa müddətdə abadlaşdırılması sadəcə Azərbaycan və Türkiyə üçün deyil, başda qiymətini bilərlərsə, anlayarlarsa, İran, Ermənistan və Gürcüstan üçün də böyük iqtisadi yüksəlişə kömək edəcək. Bu imkanları və fürsətləri təqdim edir. Şuşada qalxan bayraq yüksələrək, güclənərək sarsılmaz bir şəkildə davam etdiyinin, bütün dünyaya mesaj olaraq verilməsi tarixi bir addım və qələbədir"
Mehriban Xəlilli