Armen Sarkisyandan ŞOK: Azərbaycana görə Ermənistanı tanımayan ölkəyə niyə gedib?

Oktyabrın 26-da Ermənistan Prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfər edib.

Ermənistan Prezidentinin mətbuat xidmətinin bununla bağlı yaydığı məlumatda deyilir:

"Bu presedenti olmayan hadisə, şübhəsiz ki, Ermənistanın beynəlxalq münasibətlərində dönüş nöqtəsidir".

Daha sonra məlumatda deyilir:

"Ermənistanın müstəqillik əldə etdikdən sonra Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin mövcud olmadığı, indiyədək heç bir erməni məmurunun heç vaxt ölkəyə səfər etmədiyi bir şəraitdə Ermənistan Prezidenti tarixi addım ataraq, ilk dəfə olaraq ərəb və İslam dünyasında unikal rol oynayan və əhəmiyyəti olan ölkəyə səfər edib".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı İslam dünyasında Pakistanla birgə Azərbaycanla münaqişə səbəbindən Ermənistanı tanımayan və onunla heç bir əlaqə qurmayan iki ölkədən biri idi.

Mənbə: kanal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31