Əroğanın səfəri Türkiyənin Zəngəzur dəhlizinin açılmasında israrlı olduğunu göstərir

"Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə yeni infrasturuktur layihələri qurması, hava limanları inşa etməsi, həmçinin yeni beynəlxalq əhəmiyyətli magistral yollar çəkməsi artıq Zəngəzur dəhliznin açılmasını labüd edir. Türkiyə prezidenti R.  T. Ərdoğanın Qarabağa birbaşa təyyarə ilə enməsi və Zəngilana səfəri Moskva danışıqları öncəsi Türkiyənin Zəngəzur dəhlizinin açılmasında israrlı olduğunu göstərir. Ankaranın verdiyi mesaj ondan ibarətdir ki, Ermənistan tərəfi heç bir bəhanə gətirməməli və əldə olunan razılaşmalara gedilməlidir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycanın işğaldan azad  olunmuş ərazilərdə tikinti işlərinin intensiv şəkildə aparması   və müasir hərbi hissələrin  salınması Qarabağda etnik ermənilərin separatizmini küncə sıxışdırıb və silahlı erməni birləşmələrinin ləğvini labüdləşdirib. Türkiyə ilə sıx hərbi-siyasi əməkdaşlıq, həmçinin Rusiya-Türkiyə və Azərbaycan üçlük platforması, Ermənistan -Rusiya tandemi üzərində üstünyünə gətirib çıxarır. Baş verənlər artıq Qarabağda kiçik bir ərazidə etnik ermənilərin hərhansı bir "statusunun" üstündən xətt çəkir. Həmçinin qanunsuz silahlı erməni birləşmələrinin ləğvini yaxınlaşdırır:

"Qeyd edim ki, Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında silahlı erməni birləşmələrinin fəaliyyətini Azərbaycan tərəfi lokallaşdırır. Yaxın müddətlərdə silahlı erməni birləşmələrinin təxribatları istsina deyil. Bundan sonra Azərbaycanın əks həmlə ilə onların yerləşdiyi bütün postlar dağıdılacaq. Bununlada silahlı erməni birləşmələrinin ləğvi reallaşa bilər. Azərbaycan tərəfi yaxşı anlayır ki, kiçik bir ərazidə silahlı erməni birləşmələrinin qalması, sülhü və təhlükəsizliyi təhdid etməklə yanaşı, potensial terrorçu dəstələrdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31