Strateji hədəflərə istiqamətlənmiş Füzuli Beynəlxalq Hava Limanı

"Nəhayət bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu". Bunu "Olaylar"a deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirlinin sözlərinə görə, çox  strateji hədəflərə istiqamətlənən bu hava limanı  yeni bir mərhələnin başlanğıcı olacaq: "Postmüharibə dövrünün  yaratdığı reallığın nəticəsi olan,  nəhəng tranzit layihələrin gerçəkləşməsinə yol açan Füzuli Beynəlxalq Hava Limanı region dövlətlərinin maraq dairəsindədir. Şübhəsiz ki, iqtisadi inteqrasiyanın dərinləşməsi bölgədə təhlükəsizlik məsələlərinin təminatını, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını hədəfləyir.

Prezidenti İlham Əliyev və Prezidenti Rəcəb Tayyib Ərdoğanın  iştirakı ilə belə  möhtəşəm məkanın açılışı  regionda marağı olan bir çox qüvvələrə ciddi mesaj oldu. Bu mesaj ondan ibarətdir ki, əgər yenidən sabitliyə, sülhə təhlükə yaradacaq qüvvələr ortalığa çıxarsa, həmin təhlükəni aradan qaldırmağa yetərincə potensial var. Təxribatçı və Ermənistandakı revanşist qüvvələrin heç bir perspektiv şansı olmayacaq.  Nəhayət belə bir törənin təşkili region və dünya dövlətlərinə bir iqtisadi əməkdaşlıq çağırışdır. Belə əməkdaşlıq heç bir dövlətə qarşı yönəlməyən, yalnız normal iqtisadi əlaqələrə, sabitliyə xidmət edəcək faktordur.  Digər tərəfdən  Qarabağda yaşayan, qanlı cinayətlərdə iştirak etməyən Azərbaycanın erməni vətəndaşarına çağrışdır ki, gəlin, qanun çərçivəsində adam kimi yaşayın və resurslardan faydalanın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31