Almaniya prezidenti Angela Merkeldən vəzifəsini icra etməyi xahiş edib
26 Oktyabr 2021 15:18 SiyasətOlaylar.az TASS-a istinadən xəbər verir ki, Almaniya prezidenti Frank Valter Ştaynmayer səlahiyyət müddəti başa çatan kansler Angela Merkeldən yeni hökumət formalaşana qədər öz səlahiyyətlərini icra etməyi xahiş edib.Bu barədə Almaniya dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.
"Bu vəsatət əsas qanunun 69-cu bəndinin üçüncü bəndinə uyğun olaraq qəbul edilib. Bu gün 20-ci Bundestaqın təsis iclası keçirilir"- məlumatda deyilir.
Məlumata görə, gələcək koalisiya ilə bağlı danışıqları Sosial Demokrat Partiyası, Azad Demokrat Partiyası və Yaşıllar aparır. Almaniyanın yeni kanslerinin adının dekabrda açıqlanacağı istisna edilmir. O zaman indiki hökumətin səlahiyyətlərinə tam xitam veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31