Türkiyə Prezidenti Azərbaycana yola düşüb
26 Oktyabr 2021 12:15 SiyasətTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birgünlük səfərə yola düşüb.
Olaylar.az bildirir ki, ölkə prezidentini Ankara hava limanında Ankara valisi Vasip Şahin yola salıb.
R.T.Ərdoğanı səfər çərçivəsində ətraf mühit və şəhərsalma naziri Murat Kurum, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, nəqliyyat və infrastuktur naziri Adil Karaismayıloğlu, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və prezidentin mətbuat katibi İbrahim Kalın müşayiət edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31