Bu hadisə Ermənistanı tamamilə Türk bölgəsinə çevirəcək - ŞOK AÇIQLAMA

Avrasiyada qüvvələr balansını və bir-birini istisna edən iki əks geosiyasi layihə mövcuddur. Biri Şimal-Cənub dəhlizi, digəri isə daha çox Türk-Zəngəzur dəhlizi kimi tanınan Şərq-Qərb layihəsidir. Hər iki layihənin həyata keçirilməsinin arxasında həm regional, həm də qlobal supergüclər dayanır. Hər iki layihədə bir əsas fərqlə Ermənistan da bu və ya digər formada iştirak etməlidir".

Bu fikirləri türkoloq Varujan Geqamyan səsləndirib.:

"Ermənistanın bütün ərazisindən keçən və müttəfiqlərimizlə birlikdə yaradılan "Şimal-Cənub" yolu bizi yenidən geosiyasi cəhətdən güclü dövlətə çevirə bilər. Lakin "Türk Dəhlizi"nin həyata keçirilməsi Zəngəzurun türklərə təslim edilməsi, "Artsax" mövzusunun birdəfəlik bağlanması, İranla sərhədin itirilməsi fonunda Ermənistanın bir dayanacağa çevrilməsi ilə nəticələnəcək. Yəni Ermənistan tamamilə Türk bölgəsinə çevrilərək müstəqil dövlət kimi varlığını itirəcək" - deyə Geqamyan vurğulayıb.

"Şəxsən kapitulyator və onun cahil qrupu türkləri regional super gücə çevirməyin əleyhinə deyillər. Dəhlizin açılmasına müqavimət göstərmək lazımdır. Üstəlik ümummilli səylərlə" - deyə Varujan Geqamyan fikirlərini yekunlaşdırıb. / Konkret.az

Mənbə: kanal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31