Prezidentin dinlədiyi mahnı “iTunes”də birinci oldu - Foto
25 Oktyabr 2021 19:04 SiyasətPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilan səfəri zamanı radioda dinlədikləri "Ey Vətən" mahnısı ən çox dinlənənlər siyahısına daxil olub.
Kanal.az xəbər verir ki, mahnı "iTunes"də Azərbaycan seqmentində birinci pilləyə qalxıb. Belə ki, mahnı bir çox dünya ulduzlarını da geridə qoyub.
Qeyd edək ki, İlhamə Qasımovanın səsləndirdiyi mahnının musiqisi Elza İbrahimova, sözləri isə Aslan Abdullayevə məxsusdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31