Rusiya Əfqanıstandakı baş konsulluğunun yenidən açılması üzərində çalışır

Olaylar.az TASS-a istinadən xəbər verir ki, Rusiya Əfqanıstandakı Məzari-Şərifdəki baş konsulluğunun yenidən açılması üzərində işləyir.

Bu barədə  Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov bazar ertəsi onlayn konfransda bildirib.

"Biz bunun üzərində işləyirik. İşçilərin təxliyəsi lazım olduqda belə şeylər olur. Rəsmi olaraq Rusiyanın Məzari-Şərifdəki baş konsulluğu fəaliyyətini davam etdirir, lakin vəziyyətin yaxşı olması səbəbindən təhlükəsizlik məqsədilə əməkdaşları təxliyə etməli olduq" - Kabulov söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31