Prezident İlham Əliyev: Xalqımızın indiki və gələcək nəsilləri şəhidlərimizlə həmişə fəxr edəcək
25 Oktyabr 2021 15:47 SiyasətBu gün bu şanlı Qələbədən danışarkən ilk növbədə əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim şəhidlərimiz bizim Qəlbimizdə əbədi yaşayacaq.
Olaylar.az xəbər verir ki, bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.
Azərbaycan xalqının indiki və gələcək nəsillərinin şəhidlərimizlə həmişə fəxr edəcəyini
vurğulayan dövlətimizin başçısı Vətən müharibəsində şəhid olmuş Qubadlı sakini, Milli Qəhrəman Şükür Həmidovu bütün hərbçilərimiz, gənc nəsil üçün nümunə adlandırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31