Putinlə Baydenin görüşü ilə bağlı Kremldən açıqlama
24 Oktyabr 2021 19:55 SiyasətRusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasında yeni görüşlə bağlı qərarın nə vaxt veriləcəyini Kreml açıqlayacaq.
"Ölkə.az" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Prezidentlər qərar qəbul edəndən sonra biz dərhal məlumat verəcəyik. Hələlik qabağa qaçmayaq", - Peskov bildirib.
Qeyd edək ki, media diplomatik mənbələrə istinadla Putin-Bayden görüşünün dekabrda olacağı haqda məlumat yayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31