Moskva görüşünün TARİXİ AÇIQLANDI: 3 tərəfli BƏYANAT İMZALANIR
23 Oktyabr 2021 18:49 SiyasətƏgər belə bir saziş hazırlansa, biz öz vaxtında bu barədə məlumat yayacağıq.
Bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçirilməsi gözlənilən görüşü ilə bağlı deyib.
O bildirib ki, Moskvada 3 liderin noyabrın birinci ongünlüyündə görüşü nəzərdə tutulur.
Qeyd edək ki, bundan öncə RİA Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli Moskva görüşünün 8-9 noyabrda keçiriləcəyi və görüşdəüçtərəfli bəyanatın imzalanacağı haqda məlumat yaymışdı.
Mənbə: kaim.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31