Bayden Çinə XƏBƏRDARLIQ ETDİ: Hücum etsəniz qarşınızda bizi görəcəksiniz

ABŞ prezidenti Co Bayden Çin və Tayvan arasında baş verən gərginliyə münasibət bildirib.

Onun sözlərinə görə, Çin müdaxilə edərsə, ABŞ Tayvanı müdafiə edəcək. Baydenin sözlərinə görə, ABŞ-ın Tayvanı müdafiə edəcəyinə dair öhdəliyi var bu öhdəliyinə əməl edəcək.

ABŞ-ın mövqeyinin illərdir dəyişməz olduğunu deyən Bayden, bölgədə gərginlik davam etdiyinə görə, narahat olduğu qeyd edib.

Mənbə: metbuat.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31