“Ermənistana 105, Azərbaycana 17 nəfər qaytarılıb” - Zaxarova
21 Oktyabr 2021 23:00 Siyasət"Rusiyanın vasitəçilik səyləri sayəsində 2020-ci ilin dekabrından indiyədək 122 saxlanılan şəxs dəyişdirilib".
"Qafqazinfo" xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"2020 -ci ilin dekabrından bu yana 105 nəfər Ermənistana, 17 nəfər isə Azərbaycana təhvil verilib. Mübadilə prosesinin davam edəcəyinə ümid edirik"- deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiya bütün istiqamətlərdə Bakı ilə İrəvan arasındakı münasibətləri normallaşdırmaq üçün lazım olan hər cür dəstəyi verməyə davam etmək niyyətindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31